Türkiyədən sifariş saytları
Jetex ilə Türkiyədən sifariş saytları ilə tanış olun
Artıq aşağı qiymətə yüksək keyfiyyət əldə etmək daha asandır. Dövrümüzün geniş yayılmış alış-veriş sistemi artıq onlayn alış-veriş sistemi ilə əvəz olunmuşdur. Buna səbəb, bu sistemin daha asan, sürətli və ucuz başa gəlməsidir. Siz də Türkiyə brendlərinə aid olan məhsulları Jetex.az kargo şirkəti vasitəsilə əldə edə bilərsiniz. Veb saytdan qeydiyyatdan keçdikdən sonra Türkiyənin brendlərinə aid olan məhsulları almaqda qərarsız qalsanız əgər, onda siz Mağazalar bölməsindən Türkiyənin hansı brendlərindən nə almaq olar onlara nəzər yetirin. Üstəlik axtardığınız mağazayı tapmadıqda istədiyiniz mağazadan sizə lazım olan məhsulu seçib, bizə linkini atmağınız kifayətdir. Əsas məqsəd odur ki, aşağı qiymətlə yüksək keyfiyyəti əldə etmək imkanına malik olun.
Birissine
Hər zövqə uyğun qadın geyimləri üçün fərqli bir mağazadır. Bu mağazada yüngül, incə parçadan olan köynəklər, şalvarlar və başqa növdə olan rahat geyimlər tapa bilərsiniz. Təvazökar və sadə geyimlər sevənlər üçün Tesettur, Müsəlman geyimləri bölməsinə baxmağı təklif edirik. Siz bu onlayn mağaza sayəsində müxtəlif ölçüyə malik olan geyimləri sifariş edə bilərsiniz. Üstəlik, qarderobunuzu aşağı qiymətə və yüksək keyifiyyətə malik geyimlərlə doldura bilərsiniz. Mağazanın Outlet bölməsində cari endrimlər və kampaniyalardan yararlanmaq imkanına da sahib ola biləcəksiniz.
Collezione
Türkiyənin dəb brendlərindən biri olan Collezione-da istənilən kateqoriyalara aid geyimləri rahatlıqla tapa bilərsiniz. Bu brendə gecə geyimləri, iclas və ya yaxınlarınızla görüşmək üçün geyinə biləcəyiniz rahat geyimlər aiddir. Brenddə dörd əsas geyim nəzərdə tutulur: Təsadüfi, Smart Təsadüfi, Street Fashion, Streetwear. Siz Təsadüfi geyimlərdə hər gün tamamilə sadə geyimlə vəhdət təşkil edə biləcək geyimlər geyinərək çox fərqli bir tərz yarada bilərsiniz. Bu brendə aid olan məhsullarda əsas şey, onların təbii materiallardan hazırlanmış rahat modellərə malik olmasıdır. Təsadüfi kateqoriyaya aid olan geyimləri həm gündüz, həm də gecə tədbirlərinə də geyinə bilərsiniz.
Street Fashion- Bu kateqoriyaya aid olan geyimlər isə daha çox gənc ruhu və azadlığı sevənləri təmsil edir. Parlaq, göz qamaşdıran geyimlər də var. Kateqoriyaya aid olan müxtəlif geyimləri siz birləşdirərək öz tərzinizi başdan yarada bilərsiniz.
Streetwear- Bu kateqoriya “Şəhərin geyimi”ni əks etdirir. Hər zaman mükəmməl görünmək lakin bahalı geyimlərə də pul xərcləmək istəməyənlər tərəfindən seçilən tərzdə geyimlər bura daxildir. Hətta bəzən bu bölmə üçün 60 %-ə qədər endrimlər də olur.
Flo
Bütün ailə üçün müxtəlif brendlərə malik olan ayaqqabılar satılan mağazadır. Əla keyfiyyət və münasib qiymətləri, həmçinin də xüsusi endrimləri ilə alıcılar tərəfindən sevilən bir brenddir. Buradan da sizə lazım olan ayaqqabıları onlayn sifariş edə bilərsiniz.
Koton
Təxmini 8.500-dən çox işçi və Türkiyədə 275, xaricdə isə 159 olmaqla 434 mağaza ilə 28 ölkədə filialı var və mərkəzi isə İstanbulda olan mağazalar zənciridir. Geyim sektorunda fəaliyyət göstərən Koton, 1988-ci ildə İstanbulda açılmışdır. Tez bir zamanda hər kəsin sevimlisi olan mağazada istənilən növdə məhsullar tapmaq mümkündür. Qadın, kişi, uşaq və körpələr üçün geyimlər, hətta, aksesuarlara qədər də məhsullar mövcuddur. Koton brendində 70%-ə qədər endrimlər olur.
Watsons
Honq Konq-da qurulan A.S Watson Group, 25 bazarda 15.200 dən çox mağazası ilə ən böyük beynəlxalq sağlamlıq və gözəllik ilə bağlı məhsulların pərakəndə satış məntəqəsidir. Üstəlik bu mağaza 178 illik bir mirasa sahibdir. Watsons, Asya və Avropada isə ümumi olaraq 13 bazarda 7.200-dən çox olan mağazaya sahiblik edir. Xarici brendlərə aid olan və Azərbaycanda satılmayan gözəllik və sağlamlığa aid məhsulları bu mağazadan onlayn sifarişlə əldə etmək olar. Üstəlik daha ucuz qiymətə yaxud da 50%- ə yaxın endrimlə sifariş edə bilərsiniz.
Karaca
1917 ci ildə Bandırma-da qurulandan sonra 1949 cu ildə Karaca Hörmə Sənaye olaraq İstanbulda fəaliyyətə başlayır. İllərdir öz keyfiyyətini qoruyan Karaca Tekstil hal-hazırda qadın və kişi geyimləri üzrə Türkiyədə, eləcə də Dünyanın bir çox ölkələri tərəfindən seçilən və etibar edilən brendlərdən biridir. Onlayn sifarişlər bu brendə aid olan məhsulları da sifariş etmək mümkündür.
Kiğılı
Türkiyənin kişi geyimləri brendi olan Kiğılı, müasir, göz oxşayan və uğurlu insanların seçimləridir. Bu brend illərdir ki, dəb sektoruna gətirdiyi yeniliklərə öz imzalarını çəkmişdirlər. Fərqli yaş qruplarına yönələn kolleksiyalarda istənilən tərzə uyğun rahat və keyfiyyətli kostyumlara sahib ola bilərsiniz.
Mavi
1991-ci ildə yaranmışdır. 1996-cı ildə isə beynəlxalq bir brend olan Mavi, bu gün Türkiyənin deyil, eləcə də Amerika, Kanada, Almaniya, Rusiya kimi ölkələrdə ən çox seçilən brendlərdən biridir. Dünyanın 35 ölkəsinə yayılmış, təxmini 5.500 satış nöqtəsi olan Mavi, ildən-ilə böyüməkdədir. Xüsusilə də, gənc nəslin brendi sayılan Mavi, öz reklamlarında dünya üzrə məşhur olan modellərlə əməkdaşlıq etmişdir. Nəticə etibarı ilə, həmin modellərin də seçimi digər gənclərin seçimi ilə eyni olmuşdur.
TAÇ
Bu brend, digərlərindən fərqli olaraq geyim brendi deyildir. 40 ildən çoxdur ki, Türkiyənin ev tekstil sektorunun lider markasıdır. Yüksək keyfiyyətə və çeşidliyə görə alıcıların rəğbətini qazanmış, 1974-cü ildə isə TAÇ brendi altında birləşdirmişdir. Evinizdə istədiyiniz hər cür məhsulları buradan əldə edə bilərsiniz. Bu brenddə, yataq otağına, mətbəxə, pərdə çeşidlərinə dair hər növdə məhsulları tapa bilərsiniz. Daima kolleksiyalarına yeniliklər əlavə edən brend, Türkiyə istehsalı olan digər brenlər kimi dünya səviyyəsində məşhurdur.
Teknosa
Elektronik əşyalar satılan brend, 2000-ci ildə 5 mağaza ilə fəaliyyətə başlamışdır. Günümüzdə Türkiyənin 70 rayonunda 260 mağazası ilə xidmət göstərir. Teknosa 20 ildə böyük irəliləyiş əldə etmişdir. Buna səbəb, etibarlı olması, xidmət keyfiyyətinin yüksəkliliyi, məhsul çeşidlinin hər bir alıcı üçün kifayət qədər olmasıdır. Məhz buna görə Teknosa-da beynəlxalq brendlərə aid minlərlə texnologiya məhsullarının ticarəti həyata keçirilir. Teknosa vasitəsi ilə elektron məhsullarınızı onlayn şəkildə ala bilərsiniz. Üstəlik Jetex.az kargo şirkəti ilə bu daha etibarlı və sərfəlidir.
Ən çox hansı geyimlərə təlabət var?
Türkiyənin onlayn mağazalarında istənilən, hətta, çox ucuz brendli geyim yüksək keyfiyyətli standartlara cavab verir, çünki alıcı hər zaman öz cibinə sərf edəni və istədiyi məhsulu daha etibarlı və yüksək keyfiyyətə malik olan mağazalardan almaq istəyir. Buna görə keyfiyyət səviyyəsindən narahat olmadan istədiyimiz hər hansı bir məhsulu Türkiyənin istənilən onlayn mağazalarından etibarlı şəkildə sifariş edə bilərsiniz. Məhsulların məşhurluğunu nəzərə alsaq, ilk növbədə yenə də qadın geyimləri kateqoriyası nəzərə çarpacaqdır. Təbii ki, həmin kateqoriyalara aid olan məhsulları ölkəmizdən də əldə edə bilərik, lakin hamımıza məlumdur ki, qiymətləri Türkiyənin onlayn mağazalarından daha baha olacaqdır. Onlayn şəkildə alış-veriş etsəniz əgər, idxal rüsumlarının, əlavə dəyər vergisi ilə birgə geyimin qiyməti daha ucuz başa gələcəkdir. Bir sözlə, ucuz qiymətə yüksək keyfiyyət əldə edib, istədiyiniz tərzdə geyinəcəksiniz.
Bütün bu onlayn mağazalardan sifarişlərinizi isə kargo şirkəti vasitəsi ilə edirsiniz. Jetex.az kargo şirkəti ilə Türkiyədən onlayn sifariş olunan məhsullarınız artıq büdcənizə uyğun, etibarlı şəkildə sizə çatması üçün bu sadaladığımız mağazanın məhsullarından seçərək, onlayn saytımızdan sifariş edə bilərsiniz. Unutmayın ki, geyimləriniz üçün qiymətin önəmli olduğu qədər keyfiyyəti də önəmlidir. İstədiyiniz budursa, onda mütləq şəkildə geyimlərinizi Türkiyənin onlayn mağazalarından sifarişlərinizi Jetex.az kargo şirkəti vasitəsilə etməlisiniz.