Mobil tətbiqimizi yüklə
Daşınması qadağan olan məhsullar
Xəbərlər 23.05.2021

Daşınması qadağan olan məhsullar

Hansı məhsulları karqo ilə gətirmək olmaz

 


1. Təzyiq altında olan məhsullar ( dəmir qablaşdırmalı parfumeriya və spreylər, boyalar, hava yastığı, quru şampun və s.)

 

2. Tezalışan və partlayıcı maddələr və onların hazırlanması texnologiyasına aid materiallar.

3. Qida, spirtli içkilər, tütün və tütün məmulatları, elektron siqaretlər, tez xarab olan, xüsusi saxlama tələb edən məhsullar.

4. Dərman preparatları.

5. Heyvanlar, bitki və toxumlar.

6. Xüsusi məxfi rabitə vasitələri, gizli kamera, gizli səs yazma, dron və digər casus avadanlıqları, onların şifrələri və istismarı haqqında ədəbiyyat.

7. Pul əskinasları, sikkələr.

8. Hər cür silah növləri.

9. Xammal şəklində olan qiymətli metallar və qiymətli qaşlar. (Zinət əşyaları, qiymətli metallar və qiymətli daşlar )

10. Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.

11. Radioaktiv maddələr, narkotik və psixotrop maddələr və onlardan istifadə üçün ləvazimat, müxtəlif zəhərləyicilər.

12. Əxlaqsızlığı, zorakılığı, terrorizmi təbliğ edən kitab və reklam edən materiallar.

13. Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr.

14. Müxtəlif növ batareyalar, powerbank-lar.