Mobil tətbiqimizi yüklə
Trendyol az məbləğə məhsullar
Xəbərlər 15.05.2022

Trendyol az məbləğə məhsullar

 

Trendyolda müxtəlif məhsullar, müxtəlif qiymətə satılır. Yaxşı araşdırma etsəniz məhsulları aşağı qiymətə tapa bilərsiniz. Burada məsələ məhz eyni məhsulun aşağı qiymətə əldə olunmasındadır. Belə ki Trendyol az məbləğə məhsulları necə tapmaq olar. 

Trendyol az məbləğli kampaniyalar 

Platformanın daxilində elə saytı açan kimi bizə əsas endirimlər təklif olunur. Endirimlər hər bir kateqoriyanın daxilində sol tərəfdə yerləşdirilir. Mobil telefonla daxil olduqda və ya mobil tətbiqi açdıqda əsas hissədə məhz endirimlər görünür. Endirimli məhsullar məhşur brendlərin təklifləri olmaqla yanaşı həmçinin digər brendləri də görmək mümkündür. Bu üsuldan istifadə etmək üçün sadəcə Trendyola daxil olub, diqqətlə baxmaq lazımdır. 

Endirimlərin axtarışı

Sayt sizə geniş imkanlar tanıyır. Bu imkanlardan biri də filtirləmə prinsipidir. İstədiyiniz məhsulun rəngi, ölçüsü, markası və modelini seçə bilərsiniz. Bu zaman sizin qarşınıza nəticələr pəncərəsi çıxacaq. Nəticələr pəncərəsində isə etməli olduğunuz növbəti addım qiymət filteri qoymaqdır. Qiymətləri azdan çoxa doğru seçin. Bu zaman nəticələr aşağı qiymətlidən başlayaraq sıralanacaqdır. 

Məhsulun axtarışı 

Bir çox satıcılar məhsulları satarkən eyni fotoşəkil və hətta eyni adlardan istifadə edir. Bu zaman isə tapdığınız məhsulun aşağı qiymətlisini axtarmaq üçün məhsulun adını kopyalayaraq axtarış edin. Nəticələr əks olunan pəncərədə qiymət sıralanmasını azdan çoxa təyin edin. Beləliklə siz eyni məhsulun azdan çoxa fərqli qiymətlərini görmüş olacaqsınız. 

Sifarişin çatdırılması 

Məhsulların çatıdırılması, yəni Azərbaycana daşınması üçün məhsulun alışını edin. Alış zamanı çatdırılma ünvanı kimi, Jetex-in Türkiyə ünvanını qeyd edin. Ünvanı əldə etmək üçün isə sadəcə qeydiyyatdan keçmək kifayətdir.