img

Qaydalar

* Istifadəçi qaydaları

* İstifadəçi "JetExpress" sistemində qeydiyyatdan keçməklə, şəxsi məlumatlarını tələb olunan qaydada qeyd etməlidir.

* İstifadəçi qeydiyyatdan keçmək üçün daxil etdiyi məlumatların doğruluğuna görə tam məsuliyyət daşıyır.

* Sonradan qeyd olunmuş məlumatlarda dəyişikliklər olarsa, bununla bağlı sistemə məlumatların yenilənməsi üçün bildiriş göndərmək istifadəçinin öhdəliyidir.

* Sistemin tələb etdiyi qaydada ödəmə etmək istifadəçinin öhdəliyidir.

* Öz şifrə və məlumatlarını digər şəxslərlə paylaşmamalıdır. Belə hallar baş verərsə borclanmaya və sifarişin statusunun dəyişməsinə görə, şəxs özü cavabdehdir.

* İstifadəçi 30 (otuz) təqvim günü ərzində dəyəri 1.000 (bir min) ABŞ dolları məbləğinədək əşya sifariş etdikdə, istifadəçidən gömrük rüsumu tutulmur.

* Sifarişin dəyəri 30 (otuz) təqvim günü ərzində 1.000 (bir min) ABŞ dolları ( həmin gün üçün Mərkəzi Bankın məzənnəsinə uyğun) məbləğindən artıq olarsa, İstifadəçi sifarişin ümumi dəyərinin 36%-i (otuz altı faiz) miqdarında gömrük orqanlarına gömrük rüsumu ödəmək öhdəliyini öz üzərinə götürür.

* Daşıyıcı bütün sifarişlərin daşımasını həyata keçirərkən yalnız 1000 ABŞ dollarınadək sifariş olduqda gömrük sənədləşmələrini öz üzərinə götürür. Dəyəri daha yüksək məbləğdə sifariş verilərsə, daşıyıcı malı Gömrük terminalınadək gətirməyi, istifadəçi isə digər sənədləşmə və malın terminaldan təhvil götürülməsini öz üzərinə götürür.

* İstifadəçi bağlamalarını "JetExpress"-in ofisini tərk etmədən yoxlamalı, hər hansı bir zədə və ya çatışmazlıq olduğu təqdirdə şirkəti məlumatlandırmalıdır. Əks təqdirdə zədələnmiş bağlamalara görə şirkət məsuliyyət daşımır!


* Daşınma və çatdırılma qaydaları * 


* Əsas anlayışlar:


* Sifarişçi - hər hansı bir məhsulu xarici satış məntəqəsindən alış məqsədi ilə dəyərini öncədən ödəməklə sifariş edən şəxs.

* Daşıyıcı - Sifarişçinin sifarişi əsasında malı istehsalçının satış məntəqəsindən alaraq, özünə məxsus anbara kimi çatdırmanı həyata keçirən karqo şirkəti.

* Anbar - Daşıyıcıya məxsus, sifarişçi tərəfindən sifariş olunan malların alınaraq toplandığı saxlanma yeri, malların sifarişçi tərəfindən qəbul edildiyi yer.

* Daşıyıcı istehsalçı deyil və heç bir satış xidməti göstərmir. Sifarişçi ödənişini şəxsi hesabından Daşıyıcının əməkdaşlıq etdiyi xarici şirkətin bank hesabına köçürür.

*Daşıyıcı satıcı firma tərəfindən malın onun anbarına çatdırılması vaxtına görə heç bir məsuliyyət daşımır.

* Sifarişçinin ünvanında ödəmək şərti ilə göndərilən sifarişlər qəbul olunmur.

* Daşıyıcı,  istehsalçının səhvinə, satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, tamlığına, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə görə və ya sifarişin satıcı tərəfindən ləğv olunmasına görə məsuliyyət daşımır.

* Daşıyıcı sifariş verildikdən sonra sifariş üzərində heç bir əməliyyat aparmır. (Məhsulun ləğv olunması, rəng və ya ölçünün dəyişməsi və s. dəyişikliklər).

* Daşıyıcı Sifarişçinin sifariş etdiyi onlayn ünvanın (onlayn satış platformasının) etibarlılığı, ödəmə şərtləri ilə bağlı heç bir məsuliyyət daşımır.

* Sifariş prosesində hər hansı problem yarandıqda (məhsulun bitməsi, sifariş olunan ölçünün bitməsi, kampaniyanın başa çatması, ödəmə problemi və s.) Istifadəçinin ödədiyi məbləğ xarici şirkət tərəfindən kartına geri qaytarılır.

* Ödəniş, sifariş olunan xarici ölkənin valyutası ilə (Mərkəzi Bankın həmin günə təsdiqlənmiş məzənnəyə görə)  aparılır, əlavə bank komissiyalarına görə Daşıyıcı heç bir məsuliyyət daşımır.

* Sifariş ilə bağlı yaşanmış hər hansı problem zamanı istifadəçiyə telefon və ya e-mail vasitəsi ilə məlumat verilir.

* Sifariş olunmuş məhsulun ödənişi aşağıdakı hallarda müştəriyə geri qaytarılır:  * Məhsul satıcı firmanın balansında tükəndikdə;

* Müştəri yanlışlıqla balansına vəsait daxil etdikdə;

* Satıcı firma tərəfindən sifariş ləğv edildikdə. 

* Sifariş olunmuş malın Daşıyıcının anbarına daxil olması barədə Sifarişçiyə məlumat verildikdən 15 gün ərzində mal təhvil götürülməzsə, anbarda qaldığı hər günə görə Sifarişçi heç bir cərimə haqqını ödəmir, yəni tam PULSUZ. 60 (altmış) gün ərzində isə bağlama təhvil alınmazsa, növbəti gün aktlaşdırılaraq, Istifadəçinin hesabından silinir və şirkətin mülkiyyəti kimi qeydə alınır. Məbləğ heç bir halda müştəriyə geri qaytarılmır. *Səbətdə malın saxlama müddəti maksimum 21 gündür. Bu müddətdə mal Sifarişçi tərəfindən qəbul edilmədikdə bu Sifarişçinin maldan imtina etməsi kimi qəbul olunur.

* Malın qəbulundan imtina edilməsi zamanı Sifarişçiyə heç bir məbləğ ödənilmir.

* Ödənişlərin karta geri qaytarılması 15 iş günü müddətində icra olunur, bəzi hallarda bu müddətə bir neçə gün banklardan asılı olaraq əlavə ola bilər.

* Tərkibində maye, tez alışan maddələr, batareya və Azərbaycan qanunvericiliyinə qadağan olunmuş məhsullar olan sifarişlər qəbul olunmur. (https://customs.gov.az/az/ferdler-ucun/mallarin-gomrukden-kecirilmesi/) * Çatdırılma haqqı hər bağlamanın çəkisinə görə ayrı-ayrılıqda hesablanır.

* Daşınan bağlamanın çatdırılma üçün xidmət haqqı iki meyar üzrə -nçəki və həcmə görə hesablanır. İstifadəçi bu meyarlar üzrə hesablanmış daşıma haqqının daha çox olanı üzrə ödəniş aparmalıdır.

* Çatdırılma qiyməti beynəlxalq daşıma standartlarına uyğun olaraq tənzimlənir və aşağıdakı şəkildə hesablanır:

* 0.0 kg - 1 kg qədər - qrama görə

1 kg-dən - 4 $

Uzunluğu 1m-dən (100 sm) çox olan bağlamaların çəkisi həcimsəl olaraq hesablanır (En x Uzunluq x Hündürlük / 6000).



* Bu qaydalarla tanış olduqdan sonra Sifarişçi olaraq qeydiyyatdan keçən şəxs bildirmiş olur ki, qaydalarda qeyd olunan hallarla bağlı yaranan istənilən problemə görə Daşıyıcının məsuliyyət daşımadığını qəbul edir.

* Qaydalara riayət etməyən və qadağan olunmuş malların daşınmasını sifariş verən Sifarişçinin qeydiyyatı məlumatlandırdıqdan sonra davam edəcəyi təqdirdə bloklanacaq.