Türkiyədən necə sifariş etmək olar
İstədiyiniz
məhsulları ucuz və sərfəli qiymətlərlə Türkiyədən sifariş edin.
Jetex.az kargo şirkəti Türkiyədən sifariş
olunan məshulların sizə çatdırılmasına xidmət edir. Demək olar ki, indiki dövrdə
onlayn alış-veriş mağazalarının, həmçinin də bu mağazalardan istifadə edənlərin
sayı günü-gündən artmaqdadır. Amerikadan və digər ölkələrdən sifarişlər kimi
Türkiyədən də sifarişlərin sayı ölkəmiz üzrə statistikaya əsasən nisbətən
çoxdur. Təbii ki, Türkiyədə istehsal olunan yaxud da onlayn mağazalardan
sifariş edilən məhsulların Türkiyə ərazisinə tez bir müddətdə çatır, lakin Azərbaycana
birbaşa çatması mümkün deyildir. Ancaq sifarişlər kargo şirkətləri tərəfindən həyata
keçirilir. Buna görə də Jetex
kargo şirkəti istədiyiniz məhsulu Bakıya, habelə Azərbaycanın digər bölgələrinə
də çatdırır.
Türkiyədən
məhsullarımı necə sifariş edə bilərəm?
İlk olaraq Türkiyənin hər hansı bir onlayn
mağazasından istədiyiniz məhsulu seçirsiniz. Əgər onlayn mağazalar haqqında məlumatınız
yoxdursa, onda Jetex.az kargo şirkətinin veb saytından Mağazalar qisminə daxil olaraq əlavə məlumatlar ala bilərsiniz.
Demək olar ki, hər növ məhsulların satıldığı onlayn mağazalar mövcuddur. Bu
üsul, istədiyiniz məhsulu tapmağınıza kömək olacaqdır.
Mağazalar qismində istədiyiniz məhsulu
tapdıqda yaxud da başqa onlayn mağazalardan alış-veriş etmək istədikdə bizə sadəcə
linkini göndərməyiniz kifayətdir. Kargo şirkətimiz istədiyiniz mağazadan hər
növdə məhsul sifarişini sizə çatdıra bilər. Bunun üçün də Jetex.az kargo şirkətinin
veb saytına daxil olun və qeydiyyatdan
keçin. Açılan pəncərədə göstərilən bütün xanalarda sizə aid olan məlumatları
doldurun. Hansı mağazada sifariş vermək istədiyiniz məhsul varsa, onun linkini
kopyalayıb göstərilən xanaya yapışdırın.
Bundan əlavə, sifariş edilmiş məhsulun
ölçüsünü, rəngini və miqdarını da qeyd etdiyinizdən əmin olun, çünki dəqiq
doldurulmayan hər məlumat sifarişinizin sizə yanlış çatmasına səbəb olar. Bu
xanaları doldurduqdan sonra sifariş edin
düyməsinə basın. Beləliklə, istədiyiniz məhsulu Jetex.az kargo şirkəti vasitəsilə
sifariş etmiş olacaqsınız.
Siz sifarişlərinizi bizə göndərdikdən sonra
yoxlayacağıq və onları Türkiyənin onlayn mağazalarından sifariş edəcəyik. Bağlamalarınız
bizim Türkiyədəki ofisimizə daxil olduqdan bir neçə gün sonra Azərbaycana yola
düşəcəkdir.
Sifarişlərim
üçün necə ödəniş edə bilərəm?
Jetex.az kargo şirkətinin veb saytından sifariş
verdikdən sonra, ödənişi onlayn etmək imkanına sahibsiniz. Təbii ki, istəsəniz
nəğd də ödəyə bilərsiniz.
Türkiyənin onlayn mağazalarından ən asan yolla necə
sifariş edə bilərəm?
Artıq bizə məlumdur
ki, Türkiyənin onlayn mağazalarında hər məhsulun qiyməti üzərində qeyd olunur.
Jetex.az kargo şirkətinin veb saytında isə valyuta vasitəsilə Türkiyə lirəsini
Azərbaycan manatına çevirib məbləği rahat şəkildə öyrənə bilərsiniz.
Bəzən türk
dilində başa düşməyən istifadəçilərimiz də olur. Biz isə indi onlara sifarişin ən
sadə üsulunu deyəcəyik.
Əgər hər hansı bir mağazanın aplikasiyası yoxdursa, onda siz Google Chrome, Android, Yandex, Safari kimi brauzerlərdən istifadə edə bilərsiniz. Məsələn, siz Kotondan alış-veriş etmək istəyirsinizsə, onda ilk olaraq axtarış hissəsinə mağazanın adını yazır və açılan sistemin ilk pilləsində onlayn mağazanın adını görürsünüz. Daxil olduqdan sonra Google Chrome, saytın dilini çevirmək istəyib istəmədiyinizi soruşacaqdır. Siz dili çevirsəniz artıq həmin onlayn mağazada istədiyiniz məhsulu öz dilinizdə oxuyub başa düşə biləcəksiniz. Bir dəfəlik öz dilinizə tərcümə olunmasını istəyirsinizsə onda hər zaman tərcümə et düyməsinə basırsınız. Beləliklə, siz sifarişinizi öz dilinizdə sadə üsullar edə biləcəksiniz.
Google Chrome
axtarış sistemində mağazanı necə axtaracağımızı və dili necə
tərcümə edəcəyimizi izah etdik. İndi isə fərqli tərcümə ilə onlayn
alış-verişinizi daha rahat şəkildə edə biləcəksiniz.
Safari brauzerində (iPhone istifadəçiləri üçün) ilk növbədə App Store-dan Microsoft Translator tətbiqini quraşdırmalısınız. Tərcümə sistemi quraşdırıldıqdan sonra hər hansı bir türk mağazasını seçin və onu axtarış sistemində qeyd edin. Açılan səhifədə aşağı "Paylaş" və sonra "Translator" düyməsinə basaraq asanlıqla tərcümə edə bilərsiniz. Beləliklə, artıq siz Türkiyənin istənilən onlayn mağazasından sifarişlərinizi ana dilinizə çevirərək, daha asan üsulla seçə bilərsiniz.
Brauzerinizin avtomatik tərcüməsindən istifadə edərək onlayn səhifəni tərcümə edə bilmədinizsə, o zaman Türkcədən Azərbaycan dilinə və ya başqa bir dilə onlayn tərcümələrdən istifadə edə bilərsiniz. Bunu etmək üçün Google Translate və ya Yandex Tərcümə saytına daxil olun və linki (copy-paste) və ya tərcümə etmək istədiyiniz sözü soldakı pəncərəyə yazın və "Tərcümə" seçiminə vurun. Bundan sonra səhifəni başa düşdüyünüz dildə görəcəksiniz.
Siz kargo
şirkətimizlə sifarişlərinizi 2 üsulla edə bilərsiniz.
1. Jetex.az
kargo şirkətinin saytından sifariş forması.
İstədiyiniz məhsulu hansı onlayn mağazadan
sifariş etmək istəyirsinizsə, ilk növbədə
o mağazada kateqoriyanı və sizə lazım olan məhsulu seçin. Məsələn, Qadın bölməsindən,
Ayaqqabı kateqoriyasını seçin. Təbii ki, onlayn mağazada paltar, ayaqqabı,
aksesuar modelləri də var. Modeli seçdikdən sonra miqdarını, rəngini, ölçünü və
sifariş formasını qeyd edin. Bunları etdikdən sonra onlayn mağazanın linkini kopyalayıb, Jetex.az kargo şirkətinin
sifariş bölməsindəki xanaya yapışdırın.
2. Trendyol vasitəsilə sifariş forması.
Sifarişlərinizi digər bir asan yolla edə biləcəyiniz
üsul isə Trendyolla etməkdir. İlk növbədə
siz Trendyolun onlayn saytına daxil olursunuz və oradan istədiyiniz markanın
adını axarış hissəsində qeyd edərək, sizə lazım olan məhsulu seçirsiniz.
Bunları etdikdən sonra, Sepeti onayla qismindən
sifarişlərinizi təsdiqləyin. Əsas məsələ elə burada
baş verir. Sistem sizdən ünvan istəyəcək ki, bağlamalarınız hara göndərilsin. O
zaman siz Jetex.az kargo şirkətinin
Türkiyədəki ünvanın qeyd edirsiniz. Bunu etdikdən sonra mütləq şəkildə
Jetex.az kargo şirkətinin veb saytına daxil olaraq orada Bəyannamə düyməsinə basaraq verilən məlumatları qeyd edirsiniz. Bu,
bəyannamə sizin sifarişləriniz üçün Bakı Kargo terminalında lazım olacaqdır.
Əks təqdirdə, siz bəyannaməni doldurmasanız təəssüf ki, sifarişləriniz qeydə
alınmayacaqdır. Çünki, bağlamalar sizin icazəniz olmadan Bakı Anbarından keçə
bilməyəcəkdir.
Sifarişləriniz bizimlə daha asandır.
Jetex.az kargo şirkətinin saytında istədiyiniz
məhsul yoxdursa əgər, narahat olmağa dəyməz çünki kargo şirkətimiz istədiyiniz
onlayn mağazalardan sizin sifarişlərinizi qəbul edəcəkdir. Əsas odur ki, siz
hansı mağazanı istəyirsinizsə, onu qeyd edin. Sifariş edin qisminə daxil
olduqdan sonra orada verilən xanalarınızı doldurun. Sizə aid olan bütün məlumatlar
qeyd olandan sonra saytda ümumi məbləğ qeyd olunur.
Siz istəsəniz verilən məbləği həm onlayn şəkildə,
həm də nəğd şəklində ödəyə bilərsiniz. Sifarişləriniz qeydə alındıqdan sonra
3-5 gün ərzində anbarımıza çatacaqdır. Lakin unutmayın ki, məhsulunuzun gec ya
da tez çatmağı Türkiyədəki onlayn mağazanın bağlamalarını Türkiyədəki
anbarımıza nə vaxt göndərəcəyindən
asılıdır.
Bundan əlavə, Siz saytımızda sifariş
verdiyiniz məhsulu izləyə bilərsiniz. Yəni, məhsulun Türkiyə yaxud da Azərbaycandakı
anbara çatıb-çatmadığını, eləcə də sifarişlərin qeydə alınıb-alınmadığını da
öyrənə bilərsiniz.